YAP-ın namizədləri arasında gənclər də var - Deputat

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinin təqdim etdiyi namizəd siyahısında adı ilk dəfə olacaq gənclər də var. Bunu jurnalistlərə açıqlamasında rəşad Mahmudov deyib.
O bildirib ki, gənclərlə yanaşı daha öncə deputat olan şəxslərin də adının yenidən olması doğru addımdır.
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda 125 deputatın namizədliyi irəli sürülüb.
Siyahının gün ərzində açıqlanması gözlənilir.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, indiyədək 20-dən çox siyasi partiya seçkilərdə iştirak üçün müraciət edib. Həmçinin 400-dən çox şəxsin seçkidə iştirakı təsdiqlənib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib