Bakı Təhsil İdarəsinin sabiq rəhbəri deputat olmaq istəyir

Bakı Təhsil İdarəsinin sabiq rəhbəri Mehriban Vəliyeva növbədənkənar parlament seçkiləri üçün namizədliyini irəli sürüb. Bu barədə Yeni Azərbaycan partiyasının bu gün açıqlanan namizəd siyahısında qeyd olunub.
Vəliyeva seçkilərdə namizədliyini 44 saylı Sumqayıt üçüncü dairədən verəcək.
Mehriban Vəliyeva 2020-ci ildən 2024-cü ilin fevralına kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, indiyədək 20-dən çox siyasi partiya seçkilərdə iştirak üçün müraciət edib. Həmçinin 400-dən çox şəxsin seçkidə iştirakı təsdiqlənib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib