• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Ümumdünya Dostluq Oyunları ləğv edilib

Rusiyada Ümumdünya Dostluq Oyunları ləğv edilib
17.07.2024 15:17
Rusiyada keçirilməli olan Ümumdünya Dostluq Oyunları 2025-ci ilə təxirə salınıb. Bu barədə RİA Novosti ölkənin Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitovun bəyanatına istinadən xəbər verib.
 
"Dostluq Oyunları planlaşdırılırdı. Rəsmi olaraq bilirəm ki, gələn ilə qədər təxirə salınıblar”, - o bildirib. 


Birinci Dünya Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılırdı. Oyun çərçivəsində 33 yay idman növü üzrə yarışların təşkili nəzərdə tutulmuşdu.


Martda Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmanın siyasiləşdirilməsinə qarşı bəyanatla çıxış edərək, Dostluq Oyunlarından imtina etməyə çağırıb. Eyni zamanda, Rusiya Antidopinq Agentliyinin baş direktoru Veronika Loginova mayın 8-də bildirib ki, bəzi xarici laboratoriyalar yarış iştirakçılarının dopinq nümunələrini yoxlamaqdan imtina edir.


Rusiyanın Fransada keçiriləcək Olimpiya Oyunlarında iştirakına icazə verilmir. Onun vətəndaşları yarışlarda ölkəni qeyd etmədən yalnız "fərdi neytral idmançılar” kimi iştirak edə biləcəklər. Onlar üçün komanda yarışları istisna olunur. Beynəlxalq Olimpiya Komitəsinin qərarı Rusiya Silahlı Qüvvələrinin Ukraynaya müdaxiləsi ilə əlaqədar sanksiya kimi qəbul edilib.

Bununla əlaqədar olaraq hakimiyyət etiraz əlaməti olaraq iyulun 26-da Parisdə açılan yarışların federal televiziya kanallarında yayımlanmamasına qərar verib.

Gülnar Nazimqızı 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol