• $
  • €
  • ₽
  • ₺
  • £

Sabir Rüstəmxanlını seçkilərdə arvadı əvəzləyəcək

Sabir Rüstəmxanlını seçkilərdə arvadı əvəzləyəcək
17.07.2024 15:57
Deputat Sabir Rüstəmxanlı sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə deputat mətbuata açıqlamasında bildirib. 
 
O bildirib ki, özü iştirak etməsə də partiyası seçkilərdə öz namizədləri ilə təmsil olunacaq. 
 
Bu dəfə keçirilən seçkilərdə deputatın həyat yoldaşı  Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı elə Sabir Rüstəmxanlının olduğu dairədən namizədliyini irəli sürəcəyini açıqlayıb. 
 
Tənzilə Rüstəmxanlının namizədliyi Neftçala 70 saylı seçki dairəsindən irəli sürüləcək.   
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, indiyədək 20-dən çox siyasi partiya seçkilərdə iştirak üçün müraciət edib. Həmçinin 400-dən çox şəxsin seçkidə iştirakı təsdiqlənib. 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol