Yasamal rayonundan nümunəvi addımlar

Rayon ərazisində
yol kənarlarında
vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlər aradan qaldırılır, ərazilər təmizlənir və abadlaşdırılır
Bütün bu addımların
əsas məqsədi Yasamal rayonunun gözəlləşdirilməsi, sakinlərin sosial və
asudə şəraitinin yaxşılaşdırılması, onları narahat edən amillərin aradan
qaldırılmasıdır.Hazırda Bakı şəhəri COP-
29 kimi böyük beynəlxalq tədbirə hazırlaşır və on minlərlə xarici qonaq
şəhərimizə gələcək.Bu baxımından şəhərimiz bu tədbiri ən nümunəvi halda və
beynəlxalq standartlara uyğun bir şəkildə qarşılamalıdır.
www.anews.az
www.anews.az
Son bir
neçə ay ərzində paytaxtın Yasamal rayonunda abadlıq və səliqə-səhmanın
yaradılması üzrə genişmiqyaslı işlərə start verilib. Söhbət hələ 90-cı illərin əvvələrində
kortəbii şəkildə meydana çıxmış və bu gün artıq ictimai narazılığa səbəb olan
kommersiya obyektlərinin fəaliyyətindən gedir. Məlum olduğu kimi, o illərdə
Bakı məcburi köçkünlərin böyük axını ilə üz-üzə qalmışdır. O zaman qaçqın və
köçkünlərin sosial durumu çox ağır idi və ölkəmiz müharibə vəziyyətində idi. Ona
görə də bu kateqoriyadan olan insanlara müəyyən güzəştlər edilmişdi. Amma məlum
olduğu kimi artıq torpaqlarımız azad edilib və "Böyük qayıdış” proqramının
icrası başlayıb. Minlərlə məcburi köçkün artıq doğma yurdlarına qayıdır. Elə şəhərimizin
Yasamal rayonunda fəaliyyət göstərən obyektlərin bir çoxunda məcbiri köçkünlər
və əyalət sakinləri üstünlük təşkil edir. Bir müddət öncə Ətçilər kimi tanınan ərazidə
30 ilə yaxın fəaliyyət göstərmiş ət kəsimi məntəqələri, kafe və qəssabxanalar
söküldü. Yasamal Rayon İcra Hakimiyyətinin bu addımını yalnız və yalnız
alqışlamaq olar.Sirr deyil ki, bu ərazidəki vəziyyət uzun zaman ətraf sakinlərin
şikayətlərinə səbəb olurdu. İndi artıq bu ərazidə səkilər azad edilib, küçə təmizlənib
və səliqə-səhman yaradılıb.
Təxminən
eyni fikirləri Şərifzadə küçəsində yerləşən, ali məktəb yataqxanasına aid,ərazi
barədə də demək olar. Uzun illər burada küçə boyunca avtoyuma, təmirxana, kafe
və digər obyerktlər qanunsuz fəaliyyət göstərib.Sənədsiz, heç bir vergi ödəməyən
və şəhərin ümumi görünüşünə xələl gətirən bu obyektlərin söküntüsünə görə
Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarına həqiqətən böyük təşəkkür
düşür.Uzun zaman burada antisanitariya və bərbad vəziyyət hökm sürüb.Artıq bu
hallara son qoyulub və ərazidə səliqə-səhman və abadlıq yaradılır.
Oxşar
fikirləri Yeni Yasamal massivi 11-12 binaların həyətindəki yöndəmsiz tikili və
qarajlar barədə də demək olar.Bu ünvanda uzun on illiklər öncə meydana çıxmış
müxtəlif təyinatlı obyekt, tikili və avtoqarajlar aradan qaldırılıb və ərazidə
təmizlik və səliqi-səhman yaradılır. Bildirildiyinə görə, bu ünvanda geniş
abadlıq işləri görüləcək və müvafiq layihə növbəti tədbirlər planına daxil
edilib.
Bir sözlə son
zamanlar Yasamal rayonunda yol kənarlarında
qeyri-qanuni və vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsü
həyata keçirilir, hasarlar sökülür və ərazilər təmizlənir. Digər ərazilərdə də tikilən bir
sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar
nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması gözlənilir.
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























