• $
  • €
  • ₽
  • ₺
  • £

Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik
17.07.2024 18:04
Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq.Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Belə ki, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını "mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Vətəndaş "mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda "mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin "mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək.

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, "mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol