• $
  • €
  • ₽
  • ₺
  • £

Elektriklə işləyən avtobuslar idxal gömrük rüsumundan azad olunub

Elektriklə işləyən avtobuslar idxal gömrük rüsumundan azad olunub
17.07.2024 20:02
Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.
 
Çinin ən böyük avtomobil istehsalçısı olan "BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib.

İlk tədarüklər artıq bu ay həyata keçiriləcək.

Bundan əlavə, 2025-ci ildən 2028-ci ilə qədər Azərbaycanın "BYD”dən hər il 200 elektrobus alınması barədə razılıq əldə olunub ki, bunlar Azərbaycanda  yığılacaq.
 
 Gələcəkdə tərəflər Azərbaycanda elektrobusların istehsalının yaradılması məqsədilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

Noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Məqalədə vurğulanır ki, elektrik avtobuslarından istifadə Azərbaycanın yaşıllaşdırma və karbon qazı emissiyalarının azaldılması təşəbbüslərini həyata keçirməyə kömək edəcək.

Bu gün təxminən 80 min "BYD” elektrik avtobusu 70 ölkənin 400-dən çox şəhərində ictimai nəqliyyatın bir hissəsidir. Nəşr qeyd edir ki, şirkətin ən qabaqcıl texnologiyalarından istifadə etməklə yaradılmış "BYD K9UD” elektrik avtobusu etibarlılığı, yüksək səviyyədə təhlükəsizliyi və sərnişinlər üçün rahatlığı təmin edir.

N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol