Tofiq Yaqublunun səhhətində problem yaranıb

Həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublunun halı pisləşib. Bu barədə Yaqublunun qızı Nigar Həzi Turan-a açıqlamasında deyib.
"Atam astmadan əziyyət çəkir və havaların isti keçməsi öz təsirini göstərir. Düzdür, verdiyimiz dərman və sovqatını atama çatdırırlar, amma həbsxana şəraiti öz sözünü deyir. İstintaq hələ yekunlaşmayıb. Müstəntiq bildirib ki, ekspertiza rəyini gözləyir. Bundan sonra istintaq bitəcək və iş, çox güman ki, məhkəməyə göndəriləcək", - Həzi bildirib.
Bundan əvvəl Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılması ilə bağlı qərar verib.
Aprelin 2-də Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib.
Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Müsavat üzvü 2022-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























