6 ayda Bakıda nə qədər yol-nəqliyyat hadisəsi olub? - Rəsmi

2024-cü ilin altı ayında Bakıda 681 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır. Bu barədə Baş Dövlət Yol Polisindən bildirilib.
"Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub. Hadisələrin baş vermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb” - məlumatda deyilir.
Bundan öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2024-cü ilin birinci rübündə Bakıda 90 yol nəqliyyat hadisəsi baş verdiyini açıqlamışdı.
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub.
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























