AZAL Bakı-Düşənbə aviabiletlərinin satışına başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.
Bakıdan Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb.Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçiriləcək.
Bakı və Düşənbə arasında aviareyslərin açılması Azərbaycan və Tacikistan arasında əlaqələrin möhkəmləndirilməsinə, eləcə də səyahət edənlərin rahatlığının və komfortunun təmin edilməsinə yönəldilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























