• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə vətəndaşları şantaj edən haker həbs edilib - Video

Sosial şəbəkələrdə vətəndaşları şantaj edən haker həbs edilib - Video
18.07.2024 18:23
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələyən hakeri saxlayıb.Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
 
Baş İdarəyə instaqram sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə "mütəxəssis-haker” kimi təqdim edən naməlum şəxsin ona müraciət edən vətəndaşlara dair məlumatları ələ keçirdiyi barədə çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalarla həmin səhifələrin vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində göstərilən səhifələrin əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılov tərəfindən idarə olunduğu müəyyən edilib və o, tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol