• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Azərbaycana qarşı Atatürk qadağası

Türkiyədən Azərbaycana qarşı Atatürk qadağası
11.02.2014 00:21

“Qutsalruh” soyadının ona verilməyəcəyi təqdirdə beynəlxalq təşkilatlara müraciət edəcəyini deyib”.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına ad və soyadları dəyişməklə bağlı müraciətlərin sayı artıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın dediyinə görə, əvvəllər insanlar komissiyanın fəaliyyəti barədə az məlumatlı idilərsə, indi daha çox müraciətlər edirlər. Hər gün komissiyaya müxtəlif ad və soyadlarla bağlı müraciətlərin daxil olduğunu deyən S.Sadıqova qeyd edib ki, onların arasında meyvə, bitki adlarının qoyulması ilə bağlı müraciətlər üstünlük təşkil edib: 

“Bəzən müraciət edirlər ki, nəyə görə “Kişmiş”, “Ansambl”, “Muğam”, “Samovar” kimi adlar olmasın? Bundan əlavə, ən çox alınma adlarla bağlı müraciətlər edirlər. Daha çox rus mənşəli adlar qoymaq istəyirlər. 

Bəzən dəhşətə gəlirik ki, insanların övladı dünyaya gəlir, amma onlara elə adlar vermək istəyirlər ki... Bir neçə gün öncə “Kişmiş” adını qoymaqla bağlı müraciət olub. Biri müraciət edib ki, mən oğluma “Samovar” adı qoysam nə olar ki? Bundan başqa, daha çox dünya miqyasında olan adları öz uşaqlarına qoymaq istəyirlər. Biz isə istəyirik ki, uşaqlara daha çox milli adlar qoyulsun. Bəzən müraciətlərdən sonra onlara icazə verilməməsi ilə bağlı izahat verilir və onlar fikirlərindən çəkinirlər”.

S.Sadıqova hazırda komissiyada baxılan bir müraciət barədə də danışıb:

“Özünü informasiya sahəsində tanınmış mütəxəssis kimi təqdim edən və Türkiyədə yaşayan 42 yaşlı Muxtar adlı vətəndaş ona “Qutsalruh” soyadının verilməsini istəyir. O bildirib ki, Azərbaycana soyadını dəyişmək və kəşflərini bundan sonra yeni soyadla aparmaq niyyətindədir. Lakin ona Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsindən mənfi rəy verilib. Həmin şəxs komissiyaya müraciət edərək bu adın ona verilməsini istəyir. Muxtar adlı vətəndaş “Qutsalruh” soyadının ona verilməyəcəyi təqdirdə beynəlxalq təşkilatlara müraciət edəcəyini deyib”.

Komissiya rəsmisi Atatürk adının da verilməsinə icazə verilmədiyini qeyd edib:

“2010-cu ildə 2 nəfərə, 2011-ci ildə isə 1 nəfərə “Atatürk” adı verilsə də, Türkiyə hökuməti bizə müraciət edəndən sonra bu adın verilməsinə icazə verilmir. Bu adın verilməsinə rəsmi şəkildə qadağa qoyulmayıb. Amma müraciət edən olarsa, onlara icazə verilmir”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol