• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA və AFAD Şuşada seysmik stansiya qurur

AMEA və AFAD Şuşada seysmik stansiya qurur
21.07.2024 11:18
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq yaradılan Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasında aparılan quruculuq işləri ilə yerində tanış olub.Bu barədə AMEA-dan bildirilib.

Qeyd olunub ki, Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi əsasən başa çatdırılıb. Artıq bir neçə gündür ki, burada qeydə alınmış ilkin məlumatların Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosuna ötürülməsinə başlanılıb. Mərkəzdə isə məlumatların qeydə alınması, təhlili və proqnozlaşdırılması prosesinə start verilib. Yaxın günlərdə isə Şuşa-Daşaltı Seysmoloji stansiyasının ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması üzrə işlər aparılacaqdır.

Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol