• $
  • €
  • ₽
  • ₺
  • £

Taxıl sahələrinin 90%-də biçin yekunlaşıb

Taxıl sahələrinin 90%-də biçin yekunlaşıb
22.07.2024 13:36
Azərbaycanda taxıl zəmilərinin 90%-də yığım başa çatıb və 2 795 112 ton taxıl yığılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.  
 
Mexanizatorlar tərəfindən 907 845 hektar sahədə biçin aparılıb. 
 
Ümumilikdə arpa biçininin 96,9%-i, buğda sahəlrinin isə 84,5%də işlər yekunlaşıb. 

 
Buğdanın idxaldan asılılığını azaltmaq məqsədilə işğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü il üçün 84,4 min hektar ərazidə payızlıq taxıl əkilib. 
 
Nazirlər Kabinetinin tapşırığna əsasən faktiki əkin işləri aparılmış təxminən 20 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. 
 
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

 
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 


Gülnar Nazimqızı  
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol