İlin yarısında 3 prokurorluq əməkdaşı vəzifəsindən azad olunub

2024-cü ilin birici yarısında Baş Prokurorluq tərəfindən qurumun 3 əməkdaşı tutduğu vəzifəsindən azad olunub. Bunu baş prokuror Kamran Əliyev altı aylıq hesabat tədbirində bildirib.
"2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib", - o bildirib.
Baş prokuror söyləyib ki, mətbuatda yayılan məlumatlar əsasında 8 araşıdrma işi aparılıb və onun 4-ü üzrə müxtəlif maddələr üzrə cinayət işi açılıb.
Kamran Əliyev qarşılıqlı əməkdaşlığa görə mətbuat nümayəndələrinə təşəkkür edib və 22 iyul milli mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























