Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul
tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan
jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan "Əkinçi” qəzeti nəşrə
başlayıb.
Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna
rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru "Azercell
Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. "Mediacell”
tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş
media əməkdaşlarına Azercell-dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim
olunub.
5GB həcmində mobil internetdən yükləndiyi gündən
etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün
https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala
bilərsiniz.
Qeyd edək ki, "Azercell Telekom” işğaldan azad
edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış
Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini də daima dərin ehtiramla
yad edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























