Bu ərazilərdə qaz olmayacaq

Bir neçə rayon və qəsəbənin müəyyən hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İB-dən bildirilib.
"Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən "Albalı”, "Maştağa QPS kollektor” , "Maştağa-2”, "Neft Terminalı”, "Albalı YDM”, "Agroland” və "Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























