Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub - YENİLƏNİB

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
18:52
Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.Bu barədə sənətkar APA TV-yə açıqlama verib.
Ağadadaş Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.
"Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm”, - deyə Xalq artisti bildirib.
11:03
Xalq artisti Ağadadaş Ağayev N.Cəlilov ilə aralarında yaranmış mübahisə nəticəsində ona balta atarkən kənarda olan xanıma xəsarət yetirib. Bu barədə anews.az-a daxil olan məlumatda qeyd olunub.
Belə ki, Ağdadaş Ağayev özəl xəstəxanaların birində mühafizəçi kimi çalışan N. Cəlilovla ilə mübahisə edib. Nəticədə digər şəxsə arxadan balta atıb. Hadisə nəticəsində balta yaxınlıqda olan qadının ayağına dəyib.
Faktla bağlı Binəqədi polis şöbəsində araşdırılma aparılır.
DİN anews.az-a faktı təsdiq edib.
"İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb", - açıqlamada deyilir
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb", - açıqlamada deyilir
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























