• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq ədliyyə nazirinin qızı da deputat olmaq istəyir

Sabiq ədliyyə nazirinin qızı da deputat olmaq istəyir
23.07.2024 13:35
Sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədova sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini təsdilənib. 
 
Nigar Məmmədova namizədliyini  YAP-ın 48 saylı Abşeron birinci Seçki Dairəsindən irəli sürüb. 
 
O hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.
 
Hazırda deputat olan Fəzail Ağamalının qızı olan Günay Ağamalı isə  65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olduğunu açıqlayıb. 
 
Deputat Fəzail Ağamalı lent.az saytında bu il seçkilərdə səhhətində yaranan problemlə görə iştirak etməyəcəyini söyləyib və bildirib ki, həmin dairədən onun qızı namizəd olacaq. 
 
Fəzail Ağamalı ANa Vətən partiyasının sədridir. Partiya Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərdə iştirak üçün təsdiq cavabı alıb. 
 
Mərkəzi Seçki Komissiyasının son açıqlamasında 20-dən çox siyasi partiya seçkidə iştirak hüququ əldə edib. 
 
Bundan başqa deputat Sabir Rüstəmxanlı da bu iş parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb, onun deputat olduğu ərazidən həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizədliyini verəcək. 
 
Bir neçə gün öncə Ağ Partiyanın sədri Tural Abbaslı da açıqlayıb ki, növbədənkənar parlament seçkilərində özü ilə bərabər həyat yoldaşı və qaynatası da iştirak edəcək. Partiya sədri bu iştirakı ailələrinin siyasətçi olması ilə əlaqələndirib. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol