• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Əfqanıstanda öldürüldü

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Əfqanıstanda öldürüldü
10.02.2014 19:35
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, mücahidlər arasında “Seyfuddin” ləqəbi ilə tanınırmış. A. Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol