• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan təbiətin mühafizəsinə ayrılan xərcləri artırıb

Azərbaycan təbiətin mühafizəsinə ayrılan xərcləri artırıb
23.07.2024 17:27
2023-cü ildə Azərbaycanda ətraf mühitin mühafizəsinə ayrılan xərclər əvvəlki illə müqayisədə 2,9 dəfə artaraq 677,4 milyon manat təşkil edib. Bu da ölkənin ümumi daxili məhsulunun 0,6%-ə bərabərdir. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat verib.

Ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəldilən ümumi xərclərdən, o cümlədən əsas kapitala investisiyalar hesabına 595,0 milyon manat vəsait yönəldilib. Ətraf mühitin mühafizəsi üzrə cari xərclər 56,3 milyon manat, meşələrin, qoruqların, milli parkların saxlanmasına, vəhşi heyvanların və balıqların mühafizəsinə və çoxalmasına 26,1 milyon manat vəsait yönəldilib.

Ətraf mühitin mühafizəsi sahəsində bütün növ əsas fondların alınması, yaradılması və təkrar istehsalına, habelə ətraf mühitin bərpasının digər növlərinə əsaslı vəsait qoyuluşlarını əhatə edən ətraf mühitin mühafizəsinə yönəldilmiş əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 3,7 dəfə artıb. Bunlardan 93,9%-i su ehtiyatlarının, 6,1%-i atmosfer havasının və torpağın mühafizəsinə yönəldilib.

Ətraf mühitin keyfiyyətinə görə ölkələrin 2022-ci il reytinqində Azərbaycan 1,30 pillə geriləyərək 104-cü yerdə qərarlaşıb. Reytinq hər il Yale Ətraf Mühit Hüququ və Siyasəti Mərkəzi tərəfindən tərtib edilir. Ətraf Mühitin Fəaliyyətinin Tədqiqatı ətraf mühitin sağlamlığı və ekosistemin canlılığı, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinin azaldılması, ictimai sağlamlıq, iqtisadi təcrübələr və hökumətin ekoloji siyasətinin müxtəlif aspektlərini əks etdirən 10 kateqoriya üzrə 22 göstərici əsasında ətraf mühit və təbii resursların idarə edilməsi üzrə fəaliyyətini qiymətləndirir .
 
N.Təbrizli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol