Smartfonları necə soyutmaq lazımdır? -İstehsalçılardan məsləhət

Böyük elektronika istehsalçılarının dəstək xidmətləri yayın istisində qızan smartfonları soyutmaım yollarını açıqlayıb. Bu barədə Çinin MyDrivers portalı xəbər verir.
Bəzi istifadəçilər cihazlarına buz və ya xüsusi soyuducu stikerlər yerləşdirir, lakin Apple kimi istehsalçılar həddindən artıq soyuq temperaturun batareyaya zərər verə biləcəyi barədə xəbərdarlıq edir.
Sürətli soyutma kimyəvi reaksiyaları ləngidir, bu da öz növbəsində batareyanın səmərəliliyini azaldır. Vivo, Oppo, Huawei və Honor şirkətlərinin ekspertləri də eyni fikirdədirlər.
Şirkət dəstəyi smartfonları birbaşa günəş işığı altında və ya dəri çantalar kimi isti yerlərdə yerləşdirməyi tövsiyə etmir. Cihazın daxili istiləşməsinin qarşısını almaq üçün enerjiyə qənaət rejimini və avtomatik parlaqlığa nəzarəti yandırmaq tövsiyə olunur.
Vivo dəstəyi həmçinin qeyd edib ki, soyuducu stikerlər və ya buzla təmas cihazın içərisində kondensasiyaya səbəb ola bilər ki, bu da elektron komponentlər üçün zərərlidir.
Honor mütəxəssisləri smartfonları sərin otaqda yerləşdirməyi və ya xüsusi kulerlərdən istifadə etməyi məsləhət görürlər. İstiliyi azaltmaq ümün alternativ yol da cihazı soyuq metal lövhə üzərinə qoymaqdır. .
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























