Çinlilər Abşeronda 130 min dollarlıq oğurluq edib, ölkədən qaçmaq istədilər

Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyf oğurlanıb.Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları-V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























