Ramil Səfərovun arvadı da deputat olmaq istəyir

Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bu barədə modern.az saytı yazıb.
O bildirib ki, namizədliyini 119 saylı Ağdam seçki dairəsindən irəli sürəcək.
Hazırda həmin dairənin deputatı Bəxtiyar Əliyevdir.
Siyasi şərhçi Şahin elxanoğlu da həmin dairədən namizədliyini irəli sürüb.
Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. O, Azərbaycan Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.
1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib