• $
  • €
  • ₽
  • ₺
  • £

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
24.07.2024 19:23
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu iyulun 17-dən 23-dək aparılıb və bu müddət ərzində 399 nəfər qeydiyyatdan keçib.Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
 
Qabiliyyət imtahanı iyulun 30-dan avqustun 2-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.

İştirakçılar imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Onlar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən qabiliyyət imtahanı verirlər. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. İştirakçılar A3 formatlı kağız üzərində naturadan gipsdən hazırlanmış antik başın təsvirini çəkirlər. 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alanlar imtahandan məqbul qiymət almış hesab edilir və xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2024-cü ildə nəşr edilmiş "Abituriyent” jurnalının "Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.

İmtahanın nəticələri ilə bağlı abituriyentlərin (subbakalavrların) apellyasiya müraciətlərinə avqustun 3-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək Apellyasiya Komissiyası tərəfindən baxılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol