Bakının bir neçə rayonunda qaz olmayacaq

Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. «Azəriqaz» İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Abşeron Magistral Qaz Kəmərləri Sahəsinə məxsus «Digah qolu» qaz kəmərində baş vermiş sızmanın ləğvi ilə əlaqədar fevralın 10-da təmir işləri başa çatanadək Nərimanov və Nizami rayonlarına, həmçinin Abşeron, Sabunçu, Binəqdi və Xətai rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























