• $
  • €
  • ₽
  • ₺
  • £

Ağadadaş Ağayev və Medera Hospitalın mühafizəçisi polis nəzarətinə alınıb

Ağadadaş Ağayev və Medera Hospitalın mühafizəçisi polis nəzarətinə alınıb
25.07.2024 13:52
İstintaq orqanının qərarı ilə  bir birlərini təhqir edərək fiziki xəsarət yetirməyə cəhd edən müğənni Ağadadaş Ağayev və  Medera xəstəxanasının mühafizəçisi Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, amma  barələrində  həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Bu barədə müğənninin vəkilləri Qafqazinfoya məlumat verib.  
 
Vəkillər müğənni barəsində cinayət işinin açılması və polis nəzarəti altına alnması qərarı ilə razılaşmır.

"Videogörüntülərdən göründüyü kimi, Ağadadaş Ağayev hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicə alır. Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daim gərginlik altındadır. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü yəqin ki, ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”, -  vəkillər bildirib. 
 
2024-cü il iyulun 23-də müğınni Ağadadaş Ağayev və Medera hospitalın mühafizəçisi Nurəddin Cəlilov arasında mübahisə yaranıb. Nəticədə müğınni gözətçiyə balta atıb və əvəzində gözətçi onu döyüb. Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və "Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol