Azərbaycan Serbiyanın məşğulluq sahəsində təcrübəsindən yararlanacaq

Rəsmi Belqrad Serbiyada Azərbaycanda yaradılan DOST Mərkəzləri kimi mərkəzlər yaratmaq istəyini bildirib və Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. Azərbaycan isə Serbiyanın məşğulluq sahəsində təcrübəsini tətbiq etmək niyyətindədir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq etməyi düşünürük. Məsələn Serbiyada DOST mexanizmi kimi sosial xidmətlər istiqamətində əməkdaşlıq edəcəyik. Serbiyanın məşğulluq sahəsində təcrübəsini Azərbaycana gətirməyi düşünürük. Səhiyyə sahəsində dərmanların birgə istehsalı da müzakirə edilir. Serbiyanım səhiyyə sahəsində böyük təcrübəsi var",- nazir iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə keçirilən brifinq zamanı deyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında mədəniyyətlərin təbliğ edilməsi də əsas hədəflərdən biri olacaq.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib