Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə görüşüb

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov Türkiyə müdafiə naziri Yaşar Gülərlə görüşüb.Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, ölkələr arasında strateji müttəfiqlik münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkilib və müdafiə sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























