• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 2 azərbaycanlıya ömürlük həbs verildi

Rusiyada 2 azərbaycanlıya ömürlük həbs verildi
10.02.2014 14:15
Rusiya Federasiyasının Krasnoyarsk diyarının Prokurorluğu 2009-cu ildə azərbaycanlı iş adamı Rafiq Məmmədovu, onun sürücüsü və cangüdənini qətlə yetirməkdə təqsirləndirilən iki Azərbaycan vətəndaşına qarşı hazırlanan ittiham aktını təsdiqləyib. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, cinayət üçün 30 və 33 yaşlı iki azərbaycanlını muzdlu qatil qismində bu işə sövq edən şəxsi hələlik müəyyənləşdirmək mümkün olmayıb. Əvvəlcə o, borcunu qaytarması üçün iş adamına təzyiq göstərmək istəyib, lakin bu nəticə vermədikdə onun və ətrafındakıların qətlini sifariş edib.  Muzdlu qatillər cinayəti törətmək üçün Moskvadan Krasnoyarska gediblər və qətldən sonra paytaxta geri dönüblər. Onlar yaxalandıqdan sonra günahlarını etiraf ediblər. Adları açıqlanmayan bu şəxsləri ömürlük həbs cəzası gözləyir. R. Məmmədov 2009-cu il aprelin 25-də öldürülüb. Onun “Volkswagen Touareg” markalı avtomobili odlu silahdan atəşə tutulub. Başından güllə yarası alan iş adamı keçinib. İş adamını “Jiquli” ilə müşayiət edən 2 kişi də atəşə tutulub və xəstəxanaya aparıldıqdan sonra orada ölüblər.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol