• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü yağışlar Qərb bölgəsində fəsadlar törədib

Güclü yağışlar Qərb bölgəsində fəsadlar törədib
28.07.2024 11:00
Son günlər yağan güclü yağışlar səbəbindən bir çox çaylarda suyun səviyyəsi artıb, çaylardan sel keçib.

"Qafqazinfo”nun məlumatına görə, Daşkəsən şəhərində və kəndlərində yağış suları ərazilərə, əkin sahələrinə dolub, təsərrüfata zərər dəyib.

Bayan və Quşçu kəndlərində sel kənd yoluna ziyan vurub, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti leysan səbəbindən qismən çətinləşib.

Gədəbəy rayonunda da sel fəsadlar törədib, təsərrüfata, biçənəklərə zərər vurub. Kənd yolları sel səbəbindən bir müddət keçilməz olub.
Samux rayonun bəzi kəndlərində olan dərələrdən sel keçib. Bir vətəndaşa məxsus "VAZ” markalı avtomobil sel sularının əhatəsində qalıb.

Şəmkir, Göygöl və Tovuz rayonlarının ucqar kəndlərində də anoloji hal yaşanıb, əkin sahələrinə, şəxsi təsərrüfatlara zərər dəyib.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda leysan yağır. Daşkəsən-Gəncə və Şəmkir-Gədəbəy avtomobil yollarında qatı duman müşahidə olunur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol