Açıq-saçıq geyimdə efirə çıxan aparıcı ilə bağlı İTV-dən Açıqlama

Sosial şəbəkələrdə "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın açıq-saçıq geyimi ilə bağlı gedən müzakirələrə İTV telekanalından rəsmi münasibət gəlib. ANS PRESS-in məlumatına görə, İTV-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev "Facebook" səhifəsində aparıcının artıq İTV-nin əməkdaşı olmadığını qeyd edib:"Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























