Beləsuvarda faciəvi ölüm hadisəsi baş verib

1976-cı il təvəllüdlü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dekan müavini Quliyev Fövzü Manaf oğlu Biləsuvarda hündürlükdən yıxılaraq vəfat edib. Bu barədə onun çalışdığı universitetin yaydığı məlumatda bildirilib.
"AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb. Hadisə Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib", - məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























