• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda reproduktiv proqramlar dövlət hesabına icra ediləcək

Ermənistanda  reproduktiv proqramlar dövlət hesabına icra ediləcək
29.07.2024 15:29
2024-cü il avqustun 1-dən Ermənistanda həyata keçirilən reproduktiv proqramlara dəyişikliklər qüvvəyə minəcək. Bunu Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Ana və Uşaq Departamentinin ana və reproduktiv sağlamlıq şöbəsinin müdiri Ruzan Martirosyan deyib.  
 
Ermənistan hökuməti iyulun 25-də keçirilən iclasda artıq davam edən reproduktiv proqramlara (sonsuzluğun aradan qaldırılması üçün) dövlət vəsaiti hesabına həyata keçirilən bir sıra dəyişiklikləri təsdiqləyib. 

"Azərbaycanda Reproduktiv sağlamlıq haqqında" qanun hələlik qəbul olunmur. 
 
2024-cü ilin yanvarında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul oluna bilər. 
 
Komitə sədri vurğulayıb ki, qanun üzərində işlər gedir və yaz sessiyasında Milli Məclisdə müzakirə olunacaq qanunlardan olsa da, hələlik bu barədə heç bir məlumat yoxdur. 
 
Deputat bildirib ki, vətəndaşlar bu qanunun qəbul olunmasını çoxdan gözləyir. 
 
Bundan əvvəl deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsi yolverilməzdir.
 
Deputat vurğulayıb ki, bu qanunun qəbul olunmasına 5 il müddətində imkan verməyib. Novruzov bunu milli mentaliletə uyğun olmaması ilə əlaqələndirib. 
 
Deputat Rəşad Mahmudov isə söyləyib ki,  "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığı üçün bəzi şəxslər övlad sahibi olmaq imkanlarından məhrum olurlar. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol