• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Universitetinə 2 yeni təyinat olub

Qarabağ Universitetinə 2 yeni təyinat olub
29.07.2024 16:55
Elm və təhsili naziri Emin Əmrullayevin əmrinə əsasən Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub. Bu barədə nazirlikdən bildirilib. 

Nərgiz İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə "Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) "İdarəetmənin inkişafı” proqramının məzunudur.


Fariz Əhmədov isə biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur. 
 
Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bir neçə gün öncə elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.

 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol