• $
  • €
  • ₽
  • ₺
  • £

2 dəfə ürək əməliyyatı keçirən şəxs niyə pensiya ala bilmir? - Agentlikdən açıqlama

2 dəfə ürək əməliyyatı keçirən şəxs niyə pensiya ala bilmir? - Agentlikdən açıqlama
29.07.2024 17:45
Vətəndaş Ramiz Ağamalıyev ona təyin olunan əliliyin ləğv edilməsindən narazıdır. Bu barədə şikayətçi anews.az-a müraciətində bildirib. 
 
"22 il Neft şirkətində çalışmışam. 2014-ci ildə infarkt keçirdiyim üçün məni işdən azad ediblər. O vaxtdan bu günə qədər 2 dəfə ürək əməliyyatı, 4 dəfə infarkt keçirtmişəm. Səhhətimlə əlaqədar heç yerdə məni işə götürmürlər. Vəzifəm sürücü olduğu üçün keçirdiyim ürək əməliyyatı ilə bağlı maşın sürməyim riskli hesab olunduğu üçün iş tapa bilmirəm. Bununla yanaşı yüksək şəkər xəstəsiyəm. Şəkər dərmanlarımı dövlət təmin edir. Amma digər dərmanlarımı ala bilmirəm", - şikayətçi bildirib. 
 
Ramiz Ağamalıyev söyləyir ki, 2022-ci ilə qədər ona əlilik təyin olunsa da, o vaxtdan sonra ona verilən pensiya ləğv edilib. Səbəb kimi isə səhhətinin yaxşı olması göstərilib. 
 
"Hazırda səhhətimlə bağlı dərmanlarımı dost tanış alır. Hardasa 390 manat vəsait edir. Tənha yaşayan adamam. Qaradağ rayon icra hakimiyyətində tənha yaşayan adamlar siyahısında olsam da heç bir dəstək göstərilmir. Sonuncu dəfə 2 həftə öncə  Dövlət Tbbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində oldum. Dedilər sən xəstə deyilsən, tam sağlam adamsan. Əgər sağlam adamamsa bu qədər dərmanı nə üçün içirəm?", - o bildirib. 
 
Məsələ ilə bağlı  Dövlət Tbbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən anews.az-a bildirilib ki, hazırda Ramiz Ağamalıyevin səhhəti normal olduğu üçün ona əllillik təyin edilməsi mümkün deyil. 
 
"Bakı şəhər sakini Ağamalıyev Ramiz Şirvan oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında 15.07.2024-cü il tarixdə Dövlət Tbbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.  Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib", - açıqlamada deyilir. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol