• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
29.07.2024 18:20

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 142E nömrəli şəhərətrafı (ekspres), 340, 421, 445, 446, 220, 332, 336, 442, 443, 444 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan məlumat verilib.

Sənədlər avqustun 27-i saat 17:00-dək Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən 142E nömrəli şəhərətrafı (ekspres) (Pirallahı qəs.- Koroğlu metro stansiyası); 340 nömrəli şəhərətrafı (Binə qəs. - Mərdəkan qəs., (Şüvəlan yolu)); 421 nömrəli şəhərətrafı (Türkan qəs. - Mərdəkan qəs. (mərkəz)); 445 nömrəli şəhərətrafı (Pirallahı qəs. - "Qala" NMM) istiqamətlərində 4 Lot üzrə sentyabrın 13-də; 446 nömrəli şəhərətrafı (Zirə qəs. - Mərdəkan qəs. (mərkəz)); 220 nömrəli şəhərətrafı (Hövsan qəs. (Hövsan şosesi, Qaz stansiyası) - Hövsan qəs. FHN Akademiyası); 332 nömrəli şəhərətrafı (Binə qəs. ("Bolluq" y/m) - Milli Aviasiya Akademiyası) istiqamətində 3 Lot üzrə sentyabrın 17-də; 336 nömrəli şəhərətrafı (Binə qəs. (Dəmiryolu stansiyası) - H.Cavid küç. (kanal)); 442 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Buzovna qəs. (Zuğulba şosesi, park)); 443 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Mərdəkan qəs. (Şüvəlan yolu, Mərdəkan çimərliyi)); 444 nömrəli şəhərətrafı (Qala qəs. (Qala qoruğu) - Şağan qəs.) avtobus marşrutları istiqamətlərində 4 Lot üzrə sentyabrın 20-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol