• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalanda binadan atılan qızın görüntülərini yayan şəxs həbs olunub

Xırdalanda binadan atılan qızın görüntülərini yayan şəxs həbs olunub
30.07.2024 20:00
Bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən informasiyanı ictimailəşdirən şəxs həbs edilib.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin cinayət əməllərinə haqq qazandıran informasiyaların yayılmasının yolverilməzliyi barədə müvafiq xəbərdarlıq verilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd olunan qanunazidd davranışlar davam etdirilib.

"Belə ki, vətəndaş Xəqani Hüseynovun "Telegram” informasiya ehtiyatında "Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi səhifədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan səhifədə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, o cümlədən zorakılığın təbliğinə dair qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı bir neçə videogörüntünün ictimailəşdirilməsi müəyyən edilib."

Məlumatda qeyd olunub ki, Xəqani Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Daha sonra hadisə ilə bağlı sosial şəbəkələrdə yayılması qadağan olunan videogörüntülər paylaşılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol