İki rayonda qaz olmayacaq

Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Lökbatan” qazpaylayıcı stansiyasında və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşana qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib