• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı
31.07.2024 11:52
"Bakcell” şirkətinin dəstəyi ilə qadınların İKT üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təqaüd proqramı davam edir. Proqram çərçivəsində iki ay müddətində baş tutacaq ixtisas təlimlərinə start verilib.
 
"Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı "Women in Tech” (WIT) beynəlxalq təşkilatı və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı, "Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Seçim mərhələsini uğurla keçmiş 15-45 yaş aralığında olan xanımlar iki ay ərzində UX/UI dizayn, kibertəhlükəsizlik, rəqəmsal marketinq və digər ixtisaslara yiyələndikdən sonra işlə təmin olunacaqlar.
 
"Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır", - deyə "Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.


Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adına olan təqaüd proqramı 2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.
 
Qadınların təhsil və məşğulluq imkanlarının artırılması "Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol