• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya olunub
31.07.2024 19:02
Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunub.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı Asmetov Eldar Nail oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq və cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş E.N.Asmetov 2024-cü ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

Həmçinin, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məlikov Asif Aleksandr oğlunun, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən isə Hüseynov Raqif Hüseynqulu oğlu və Şıxayev Ruslan Nazim oğlunun verilmələri haqqında qərarlar qəbul olunub.

Belə ki, Asif Məlikovun Cinayət Məcəlləsinin xeyli ziyan vurmaqla törədilən dələduzluq, Raqif Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, Ruslan Şıxayevin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Hər üç şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol