• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyi bu il 3 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyi bu il 3 milyon manat artıq və əsassız ödəniş aşkar edib
01.08.2024 18:08
Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 48 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edib.

Bu barədə nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

İş planına əsasən isə, Dövlət Xidməti 21 təşkilatda apardığı yoxlamalarla 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub.

Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda göstərilənləri yoxlayıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol