• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlığa namizədlərin qeydə alınmasının son günüdür

Deputatlığa namizədlərin qeydə alınmasının son günüdür
02.08.2024 09:00
Azərbaycanda dairə seçki komissiyaları sentyabrın 1-nə təyin edilmiş ölkə Milli Məclisinə (parlament) növbədənkənar seçkilərdə namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu bugün 18:00-da başa çatacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.

Dairə seçki komissiyaları namizədin imza vərəqələri və digər zəruri sənədləri təqdim etdikdən sonra yeddi gün müddətində qeydə alınması barədə qərar qəbul etməlidirlər. Namizədlərin qeydiyyatı prosesi iyulun 13-də başlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, artıq dairə seçki komissiyalarında 481 nəfərin namizədliyi rəsmən qeydə alınıb, onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb, qalanları isə özünün namizədliyini irəli sürüb. Ölkədə qeydiyyatdan keçmiş 26 siyasi partiyadan yalnız biri - müxalif Azərbaycan Xalq Cəbhəsi partiyası parlament seçkilərində iştirakdan imtina edib.

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol