7 ildir selektiv abortlara görə dünyada birinci yerdəyik - Fərid Babayev

Azərbaycan 7 ildir selektiv abortlara görə dünyada birinci yerdə qərarlaşıb. Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib.
"7 ildir bu məsələdə birinciliyi qoruyub saxlayırıq. Azərbaycan qız uşaqlarının doğulmadan öldürülməsinə görə rekord yeri tutur. Təsəvvür edin bu abortlar birinci hamiləlikdə 2%, ikinci hamiləlikdə 25%, üçüncü hamiləlikdə isə bu 70%-dir. Uşağın cinsiyyətini müəyyən edən aparatlar 14 həftədən bunu göstərə bilir. Qanuna görə isə yalnız 12 həftəyə kimi abort etmək mümkündür. Deməli 14 həftədən sonra bu artıq cinayət sayılır",- Babayev avqustun 2-də Mediada Gender Həsassılığının Artırılması mövzusunda çıxışında deyib.
2024-cü ilin altı ayında ölkə ərazisində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub.
Azərbaycanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
2023-cü ildə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 2 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib