Azercell-in “Kitab Klubu” Gəncədə

Lider mobil operator uşaq evlərinin sakinlərində mütaliə vərdişləri formalaşdırır
"Azercell Telekom” MMC "Kitab Klubu” layihəsi çərçivəsində bölgələrdə yerləşən uşaq evlərinin sakinlərini ziyarət edir. Növbəti maarifləndirici tədbir Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərindəki 4 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan uşaqlar üçün keçirilib. Görüş çərçivəsində balacalarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına töhfə verən xüsusi proqram təşkil olunub.
Lider mobil operator "Kitab Klubu” layihəsi əsnasında həm böyüklər, həm də balacalar üçün silsilə tədbirlərin keçirilməsini planlaşdırır. Xatırladaq ki, layihəyə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin uşaqları üçün həyata keçirilən tədbirdə start verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























