Dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb

Avqustun 1-i saat 04:30-da DSX-nin Sahil Mühafizəsi tərəfindən Xəzərin cənub hissəsində sahildən 1.8 mil məsafədə İrandan şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb. Sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib