"Avroviziya" üçün ifaçı və mahnı seçimi elan olunub

"Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti İsveçrədə keçiriləcək "Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.Bu barədə İTV məlumat yayıb.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
* göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
* iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
* Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
* mahnı 2024-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
"Avroviziya-2025” mahnı müsabiqəsi gələn il may ayında baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























