• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq Misir Mərdanovun dindirilməsi ilə bağlı açıqlama verdi

Prokurorluq Misir Mərdanovun dindirilməsi ilə bağlı açıqlama verdi
09.02.2014 14:28

“Saxta diplom qalmaqalı ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə kütləvi informasiya vasitlərində yer alan məlumatlar sensasiya xatirinə yayılıb”. Bunu ANS PRESS-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib. 

“Kiminsə istintaqda dindirilməsi ilə bağlı əvvlcədən necə xəbər yaymaq olar? Kimsə "dindiriləcək", "həbs olunacaq", "istintaqa çağrılacaq" kimi xəbərləri yaymağa nə ehtiyac var? Səhv edirlər ki, əvvəlcədən elə informasiyaları yayırlar. Guya böyük şey olacaq? Əgər dindiriləsi olsa, bu barədə xəbər verərik. Vəzifəsindən asılı olmayaraq, hər kəs istintaqa çağrıla bilər. Amma bu xəbər barədə deyirəm ki, bu, sensasiya xatirinə yayılıb”,- deyə Eldar Sultanov vurğulayıb.

Xatırladaq ki, kütləvi informasiya vasitlərində “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. 

Məlumatlarda qeyd olunub ki, bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqqında araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.

ANS PRESS

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol