• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzib - Yenilənib

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzib - Yenilənib
05.08.2024 09:49
Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə zamanı "Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

04:04

Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.

"Report” xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.

Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol