Seçkiləri 101 beynəxalq müşahidəçi izləyə biləcək - MSK

Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini 101 beynəlxalq təşkilatının müşahidəçisi izləyəcək. Bu barədə Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov deyib.
"Seçkilərdəki prosesi 27 ölkə və 9 qurumdan 101 beynəxalq müşahidəçi izləyə biləcək. Həmçinin 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb", - sədr vurğulayıb.
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Xarici İşlər Nazirliyindən 7 beynəlxalq təşkilara, Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib.
Dəvətlilər içində seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) adı yoxdur.
Buna əsas səbəb Avropa Şurası və onun Parlament Assambleyasının artıq neçə ildir Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir.

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib